“Barselona”dan Torres qərarı

“Barselona” hücumçu Ferran Torresi komandada saxlamaq niyyətindədir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçunu cari transfer dövründə satmağı planlaşdırmır, əksinə, gələn yay başa çatacaq müqavilənin müddətini uzatmaq istəyir.

Daha əvvəl PSJ-nin forvardın transferində maraqlı olduğu barədə xəbərlər yayılıb.

Torres 2022-ci ildən “Barselona”nın formasını geyinir. “Transfermarkt” onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button