
Ferran Torres Fransa klubuna keçə bilər
“Barselona”nın hücumçusu Ferran Torresin karyerasını PSJ-də davam etdirməsi ehtimalı yüksək qiymətləndirilir.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, tərəflər futbolçunun transferi ilə bağlı razılığa yaxınlaşıblar.
Bildirilir ki, Kataloniya klubu yeni hücumçu transfer etməyi planlaşdırdığı üçün 26 yaşlı forvardla yollarını ayırmağa hazırdır. Həmçinin, tərəflər arasında yeni müqavilə danışıqlarının aparılması da gözlənilmir. Torresin hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarında başa çatacaq.
“Transfermarkt” portalı ispaniyalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Torres ötən mövsüm Hans-Diter Flikin rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 49 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



