
“Arsenal” 100 milyon avroluq transferi bitirmək üzrədir
İngiltərə millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers “Arsenal”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət məcrada davam edir. Transferin dəyərinin təxminən 100 milyon avro olacağı gözlənilir.
London klubu 23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalamağı planlaşdırır.
Morqan ötən mövsüm İngiltərə Premyer Liqasında 37 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



