
Amorimdən Çukvuezeyə yeni rol
“Milan”ın yeni baş məşqçisi Ruben Amorim mövsümöncəsi hazırlığın ilk məşqində Samuel Çukvuezeni fərqli mövqedə sınayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu məşqdə sağ cinah yarımmüdafiəçisi kimi iştirak edib.
“Qırmızı-qaralar” yeni mövsümün hazırlığına Milanellodakı bazasında start verib. Amorim əsasən 3-4-2-1 taktiki sxeminə üstünlük verməyi planlaşdırır və bu sistemdə Çukvueze dörd yarımmüdafiəçidən biri kimi çıxış edə bilər.
27 yaşlı futbolçu indiyədək əsasən sağ cinah hücumçusu mövqeyində oynasa da, portuqaliyalı mütəxəssis ona daha universal və geridə yerləşən rol verməyi düşünür. Amorim əvvəllər “Mançester Yunayted”də də Amad Diallonu oxşar mövqedə sınamışdı.
Samuel Çukvueze “Fulhem”dəki icarə müddətini başa vurduqdan sonra “Milan”a qayıdıb. O, ötən mövsüm London klubunun heyətində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



