Mane milli karyerasını bitirdi

Seneqal yığmasının hücumçusu Sadio Mane milli karyerasını başa vurduğunu açıqlayıb.

34 yaşlı futbolçu bu qərarını DÇ-2026-da milli komandanın mübarizəni dayandırmasından sonra elan edib. Seneqal millisi mundialın 1/8 final mərhələsində Belçika yığmasına 2:3 hesabı ilə məğlub olaraq, turnirlə vidalaşıb.

Komanda.az xəbər verir ki, Mane milli komandanın onun üçün hər zaman xüsusi məna daşıdığını bildirib:

“Bu bayraq naminə hər şeyimi qurban vermişəm. Azarkeşlərin dəstəyi mənim gücüm idi. Həmişə bütün gücümlə oynadım və Seneqal uğrunda sonadək mübarizə apardım”.

Hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu 2012-ci ildən Seneqal millisinin formasını geyinirdi. O, yığmanın heyətində keçirdiyi 130 oyunda 54 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button