
Haland: “Norveçin dünya çempionu olmaq şansı hələ də çox aşağıdır”
Norveç millisinin hücumçusu Erlinq Haland komandasının DÇ-2026-nı qazanmaq ehtimalını dəyərləndirib.
Norveç yığması dünya çempionatının 1/4 final mərhələsində iyulun 12-də İngiltərə millisi ilə qarşılaşacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Haland, jurnalistlərin “Norveçin dünya çempionu olmaq şansını necə qiymətləndirirsən” sualına belə cavab verib:
“Hələ də çox aşağı. Turnirdə bir neçə aşkar favorit var və İngiltərə də onlardan biridir. Siz jurnalistlər təzyiqi ingilis futbolçuların üzərində yaratmalısız (gülür)”.
Norveç – İngiltərə matçı saat 01:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



