“Fənərbaxça”dan 39,5 milyon avroluq transfer!

“Marsel”in hücumçusu Meyson Qrinvud “Fənərbaxça”ya keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul klubu 24 yaşlı futbolçunun transferi üçün “Marsel”ə 39,5 milyon avro ödəyib. Bundan əlavə, “bülbüllər” Türkiyə çempionu olarsa, Fransa təmsilçisi daha 5 milyon avro bonus qazanacaq. Qrinvud yeni komandasında illik 10 milyon avro maaş alacaq.

O, ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 45 oyunda meydana çıxıb, 26 qol vurub və 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” portalının məlumatına əsasən, ingiltərəli futbolçunun hazırkı bazar dəyəri 55 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button