Saka: “Oynamağa hazıram”

İngiltərə millisinin vingeri Bukayo Saka DÇ-2026-nın 1/4 finalında Norveç yığmasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az “Independent”-ə istinadən xəbər verir ki, “Arsenal”ın futbolçusu indi özünü əla hiss etdiyini bildirib:

“Turnirin əvvəlində ən yaxşı vəziyyətdə deyildim. Amma indi özümü əla hiss edirəm və oynamağa hazıram. Start heyətində meydana çıxmağımın və ya sonradan oyuna qoşulmağımın fərqi yoxdur. Mən hər zaman üzərimə düşəni edəcəm. Ən vacibi qələbə qazanmaqdır”.

Saka DÇ-2026-da indiyədək 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərə – Norveç matçı iyulun 12-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 01:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button