
Xarici KİV: “Fənərbaxça” 45 milyon avroluq futbolçu ilə anlaşıb
“Marsel”in vingeri Meyson Qrinvud karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Komanda.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
24 yaşlı futbolçu “Fənərbaxça” ilə razılığa gəlib. İngiltərəli vinger İstanbul təmsilçisində ildə 11 milyon avro maaş alacaq.
Bildirilir ki, “Fənərbaxça” transfer üçün “Marsel”ə 45 milyon avro ödəyəcək. Müqavilədə nəzərdə tutulan bonuslarla birlikdə bu məbləğ daha 5 milyon avro arta bilər.
Qrinvud ötən mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 26 qol vurub və 11 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 55 milyon avro təşkil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



