Kazemiro Messinin komandasında

Ötən mövsümün sonunda “Mançester Yunayted”lə yollarını ayıran braziliyalı yarımmüdafiəçi Kazemiro karyerasını ABŞ-də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu azad agent kimi “İnter Mayami”yə keçib. Tərəflər arasında 2028-ci ilin dekabrına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Kazemiro Lionel Messinin çıxış etdiyi kluba qoşulmaq üçün Səudiyyə Ərəbistanından gələn sərfəli təklifi, eləcə də Avropanın üç klubunun istəyini geri çevirib.

O, 2022-ci ildən “Mançester Yunayted”in formasını geyinirdi. Yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 34 oyuna çıxaraq, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button