“Yuventus” fransalı hücumçu ilə anlaşıb

PSJ-nin hücumçusu Randal Kolo Muani karyerasını yenidən “Yuventus”da davam etdirməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi fransalı futbolçu ilə şəxsi müqavilənin şərtləri üzrə prinsipial razılıq əldə edib. 27 yaşlı hücumçu “Yuventus”da illik təxminən 5 milyon avro qazanacaq.

İndi “Yuventus”un qarşısında PSJ ilə transferin detallarını razılaşdırmaq vəzifəsi dayanır. Tərəflər arasında danışıqların yaxın vaxtlarda keçirilməsi gözlənilir.

Kolo Muani 2025-ci ilin ilk yarısında da icarə əsasında “Yuventus”un formasını geyinib. Daha sonra PSJ-yə qayıdan futbolçu “Tottenhem”ə icarəyə verilsə də, İngiltərə klubunda gözlənilən performansı sərgiləyə bilməyib.

“Transfermarkt” portalı fransalı hücumçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button