
“Real” Ardanı satmayacaq
“Real” yarımmüdafiəçisi Arda Güləri yay transfer pəncərəsində satmağı planlaşdırmır.
Komanda.az xəbər verir ki, bu barədə “Onda Cero” məlumat yayıb.
“Kral klubu” 20 yaşlı futbolçu ilə əməkdaşlığı davam etdirməkdə maraqlıdır və onun transferi ilə bağlı təklifləri nəzərdən keçirməyi düşünmür.
“Transfermarkt” portalı Ardanın dəyərini 90 milyon avro olaraq qiymətləndirir. Türkiyəli futbolçunun “Real”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
20 yaşlı yarımmüdafiəçi ötən mövsüm İspaniya La Liqasında 33 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 4 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



