
Montella: “Qürurumuz üçün oynadıq”
Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda ABŞ üzərində 3:2 hesablı qələbə haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu oyuna yaxşı hazırlaşdıqlarını deyib:
“98-ci dəqiqədə Kaanın sevinci hamımızın sevinci idi. Bu, matça necə hazırlaşdığımızı göstərir. Yığmamız bunu haqq etmir. Həm komanda, həm də prezident üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğusallaşdım. Bu qələbəni qazanmaq çox vacib idi, çünki qürurumuz üçün oynadıq. Bacardıq və xoşbəxtik”.
Montella heyətdəki hər bir oyunçuya güvəndiyini də söyləyib:
“Əslində buna çox inanıram; kimi dəvət etmişiksə, oynaya biləcək vəziyyətdədir. Birinci dəqiqədən sonra qol buraxdıq. Nə etdiyini bilən bir komanda olmasaydıq, geridönüş edə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk iki oyunda da bu ruhu nümayiş etdirdik, lakin futbolda bəzən belə şeylər baş vermir. Futbolçularımın heç bir zaman bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də, bu qələbəni qazandıqları üçün xoşbəxt oldum”.
Bizi Facebook-da izləyin



