DÇ-2026: Türkiyə millisi son matçda qələbə qazandı
Futbol üzrə dünya çempionatında Türkiyə millisi ABŞ ilə üz-üzə gəlib.
Komanda.az xəbər verir ki, Los-Anceles stadionunda keçirilən D qrupunun 3-cü turunun matçında “ay-ulduzlular” 3:2 hesablı qələbəyə seviniblər.
Avropa təmsilçisinin heyətində Arda Gülər (10), Barış Alper Yılmaz (31) və Kaan Ayhan (90+8) diqqət mərkəzinə düşüblər. Amerikalıların qollarını isə Oston Trasti (3) və Sebastyan Berhalter (49) vurublar.
ABŞ 6 xalla qrupu birinci sırada başa vurub. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina seçməsi ilə qarşılaşacaq. Türkiyə isə ilk iki görüşdə məğlub olduğu üçün qrupu sonuncu pillədə başa vurub və mundialla vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



