
Salah: “Komandamız tarix yazmağa qərarlıdır”
Misir millisinin hücumçusu Məhəmməd Salah dünya çempionatının qrup mərhələsində Yeni Zelandiya yığması üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb.
Afrika təmsilçisi DÇ-2026-nın qrup mərhələsində Yeni Zelandiyanı 3:1 hesabı ilə məğlub edib.
Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalan Salah komandasının hədəflərindən danışıb:
“Bu, yığmamız üçün böyük nailiyyətdir. Eyni ruhda davam etmək istəyirik. Komandamız tarix yazmağa və növbəti mərhələyə yüksəlməyə qərarlıdır. Bu günün sevincini yaşamaq lazımdır, amma artıq növbəti oyuna köklənmişik”.
Misir millisi qrup mərhələsinin son turunda İran yığması ilə üz-üzə gələcək. Yeni Zelandiya isə Belçika ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



