
“Səhvlərə görə 3 xalı əldən verdik”
Çexiya millisi səhvə yol verdiyinə görə 3 xalı əldən verib.
Komanda.az xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Miroslav Koubek DÇ-2026-nın qrup mərhələsində Cənubi Afrika Respublikasına (CAR) qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis heç-heçənin onlar üçün yaxşı nəticə olmadığını bildirib:
“Qələbə qazanmaq üçün şanslarımız çox idi. Lakin müəyyən səhvlərə görə 3 xalı əldən verdik. Bu nəticəyə görə məyusuq. Çünki şanslara baxsaq, görərik ki, biz qələbəyə daha layiq idik. İkinci hissədə yaxşı çıxış etsək də, bu qalibiyyət üçün yetərli olmadı”.
Çexiya – Cənubi Afrika Respublikası oyunu 1:1 hesabı ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



