
Cəlal Hüseynov Rumıniya klubuna keçdi
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək.
Komanda.az xəbər verir ki, “Petrolul” 23 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Cəlal Hüseynov son olaraq Bolqarıstanın “Arda” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



