Mbappe tarix yazdı, Deşam “sirr”i açıqladı

Fransa millisinin baş məşqçisi Didye Deşam dünya çempionatının qrup mərhələsində Seneqal yığması üzərində qazanılan 3:1 hesablı qələbədən sonra komandanın hücumçusu Kilian Mbappe barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmada dubl edən Mbappenin çıxışını dəyərləndirən Deşam, futbolçunun dünya çempionatında qol vurmağa xüsusi önəm verdiyini bildirib:

“Mbappe ilə danışanda deyirdi ki, yoxlama oyunlarında qol vurmaq istəmir. O, dünya çempionatında fərqlənmək istəyir, çünki bu onun üçün çox böyük əhəmiyyət daşıyır”.

Seneqal millisi ilə matçda vurduğu iki qolla Mbappe Fransa yığmasının tarixində ən məhsuldar futbolçu adına sahib çıxıb. 26 yaşlı hücumçunun hesabında artıq milli komandada keçirdiyi 99 oyunda 58 qol var.

Fransa millisi dünya çempionatındakı növbəti matçını iyunun 23-də İraq yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button