Skaloni: “Messi məni sözsüz qoydu”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatında qrup mərhələsinin ilk oyununda Əlcəzair yığması üzərində qazanılan 3:0 hesablı qələbədən sonra Lionel Messinin çıxışını yüksək qiymətləndirib.

Qarşılaşmanın əsas qəhrəmanı olan Messi komandasının vurduğu hər üç qolun müəllifi olub və het-trikə imza atıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Messinin inanılmaz olduğunu bildirib:

“Leo məni sözsüz qoydu. Nə deyə bilərəm? O, inanılmazdır. Bunu artıq 20 ildir edir”.

Əlcəzair yığması ilə oyundan sonra Messinin dünya çempionatlarındakı qollarının sayı 16-ya çatıb. Argentinalı hücumçu bu göstərici ilə Miroslav Klozeyə (Almaniya millisinin sabiq hücumçusu) çataraq, mundial tarixinin ən məhsuldar bombardirləri siyahısında ilk pilləni bölüşür.

38 yaşlı Messi dünya çempionatlarında Argentina millisinin heyətində ilk qolunu 20 il əvvəl – 16 iyun 2006-cı ildə vurmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button