“Qarabağ” Avroliqaya vəsiqəni təmin etdi

“Qarabağ” Azərbaycan Premyer Liqasının 32-ci turunda “İmişli”yə qalib gəlib (3:0).

Komanda.az xəbər verir ki, bununla da Qurban Qurbanovun komandası turnir cədvəlində ikinciliyini rəsmiləşdirib.

32 matçdan sonra xallarının sayını 66-ya çatdıran Ağdam təmsilçisi bu nəticədən sonra UEFA Avropa Liqasına vəsiqəsini təmin edib.

“Qarabağ” turnirə birinci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatması iyunun 16-da həyata keçiriləcək. Oyunlar isə iyulun 9-da və 16-da baş tutacaq.

Xatırladaq ki, daha öncə 12 qızıl və 3 bürüncü olan “Qarabağ” 5-ci dəfə gümüş medala sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button