
“Mediada çıxan xəbərlər düzgün deyil” – “İmişli”nin baş məşqçisi
“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Qarabağ”a qarşı oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyət haqda bunu deyib:
“Azarkeşlərə təşəkkür etmək istəyirəm. Onlar uzun yol gəliblər və bizi sona qədər dəstəklədilər. Təəssuflər olsun ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Birinci hissə bərabər şəraitdə keçdi. “Qarabağ” bir nömrə kimi çox hücum edirdi, lakin “İmişli” də uğurlu əks hücumlar edirdi. Əsas heyətimizdə üç oyunçunun zədəli olmasına baxmayaraq, xüsusilə də, müdafiədə yaxşı oynadıq.
İkinci hissəyə gəldikdə, ilk qolu çox tez buraxdıq və bu komandanın motivasiyasına təsir etdi. Komandanın diqqəti yayındı. “Qarabağ” da topu çox saxlayırdı. Lakin ədalətli nəticədir və “Qarabağ”ı təbrik edirəm. Gördüyünüz kimi, ikinci hissədə cavan, yerli oyunlurı buraxdıq. Çünki bu, onlar üçün böyük təcrübədir. Artıq məqsədlərimizə nail olmuşuq və bu oyun da gənc oyunçular üçün önəmli idi. Növbəti oyunda da onları meydana buraxmağa çalışacağıq”.
Baş məşqçi, eyni zamanda, növbəti mövsümdə “İmişli”də qalıb-qalmayacağıyla bağlı sualı cavablandırıb:
“Mediada çıxan xəbərlər düzgün deyil. Mən yalnız bunu deyə bilərəm. Mənim hazırda tək diqqətim “İmişli”dədir”.
Nəzrin
Bizi Facebook-da izləyin



