
Azər Bağırov “Kəpəz”lə mümkün ayrılıq haqda: “Hər şey, hər an dəyişə bilər”
Baş məşqçi Azər Bağırovun “Kəpəz”lə yollarını ayıracağı ilə bağlı xəbər vermişdik. Bildirilir ki, Gəncə klubu Bağırovla anlaşa bilməyib.
Məsələ ilə bağlı Bağırovla əlaqə saxladıq. Mütəxəssisin Komanda.az-a açıqlaması belə oldu:
“Bu sualı cavablandırmaq istəmirəm. Rəsmi bir şey yoxdur. Klubdayam, komanda ilə öhdəliklərim, həmçinin, son oyun var. Bu söhbətlərin yeri yoxdur. Bununla bağlı ümumiyyətlə danışmaq istəmirəm”.
O, klubla hər şeyin normal olduğunu bildirdi:
“Bu gün komandadayamsa, son turda axrıncı oyuna çıxacamsa, necə yollar ayrıla bilər? Doğru deyil. Düzdür, hər şey, hər an dəyişə bilər. Həyatda necədirsə, burda da eyni qaydada yolumuza davam edirik. Komandanı oyuna kökləyirik. Hər şey yaxşıdır, “Neftçi” ilə oyuna hazırlaşırıq”.
“Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Neftçi” ilə qarşılaşacaq. Komanda hazırda turnir cədvəlinin 10-ci pilləsində qərarlaşıb. Bu da “sarı-göylər”in növbəti mövsümdə də çıxışını elitada davam etdirməsi deməkdir.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



