
ÇL: Pley-off mərhələsinin cavab oyunlarına start verilir
Bu gün UEFA Çempionlar Liqasında ilk 1/8 finalçıların adlarına aydınlıq gələcək.
Komanda.az xəbər verir ki, pley-off mərhələsinin cavab matçları çərçivəsində ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.
“Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olacaq. “Atletiko” “Brügge”ni, “İnter” isə “Budo Qlimt”i qəbul edəcək.
UEFA Çempionlar Liqası, pley-off
Cavab oyunları
24 fevral
21:45 Atletiko (Madrid, İspaniya) – Brügge (Belçika) (ilk oyun – 3:3)
00:00 Nyukasl (İngiltərə) – Qarabağ (Azərbaycan) (ilk oyun – 6:1)
00:00 Bayer (Almaniya) – Olimpiakos (Yunanıstan) (ilk oyun – 2:0)
00:00 İnter (İtaliya) – Budo Qlimt (Norveç) (ilk oyun – 1:3)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



