“Sabah”dan ayrılan hücumçu yeni klubla anlaşdı

“Sabah”ın ötən ay yollarını ayırdığı Nyeqoş Kupusoviç özünə yeni klub tapıb.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Herseqovina çempionatında oynayacaq. O, yüksək liqa təmsilçisi “Radnik”lə anlaşıb.

Kuposoviç 2027-ci il mayın 31-nə qədər Biyelyina təmsilçisinin formasını geyinəcək.

Serb hücumçu 2024-cü ildən “Sabah”a keçmişdi və 29 matçda meydana çıxmışdı. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button