“Qarabağ”ın 15 yaşlı futbolçusu Xorvatiya klubuna qarşı oynadı

“Qarabağ” bu gün Antalyadakı toplanış çərçivəsində Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.

Komanda.az xəbər verir ki, qarşılaşma “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyun iki futbolçu üçün əlamətdar olub. Belə ki, 15 yaşlı yarımmüdafiəçi Əli Bəşirov və 19 yaşlı hücumçu Bəhruz Qurbanlı əsas komandanın heyətində debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button