“Onların məşqçisi olmaq xoşbəxtlikdir” – Qvardiola
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə “Şaxtyor”a 3:0 hesabı ilə qalib gələn “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola oyundan sonra açıqlama verib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssis, vacib 3 xal qazandıqlarını bildirib:
“Dünən və bu gün turnirdəki nəticələri gördük. Çempionlar Liqasının nə qədər çətin olduğunu bilirik. Çox yaxşı müdafiə olunduq və vacib qol epizodları yaratdıq. Qrup mərhələsinə 3 xalla başlamaq çox vacibdir, 1/8 final mərhələsinə vəsiqə qazanmaq şansı öz əlimizdədir.
Növbəti oyunlara hazırlaşırıq, müdafiə xəttinə çox seçimimiz yoxdur. Qalib gələndə, məşqçi düzgün qərar vermiş olur, komanda məğlub olanda isə bütün səhv baş məşqçidədir. Son 8 ayda cəmi bir dəfə məğlub olduq, ona görə də, futbolçularımdan şübhə etməyəcəm. Onların məşqçisi olmaq xoşbəxtlikdir”.
“Mançester Siti” İngiltərə Premyer Liqasının son turunda “Norviç”ə 2:3 hesabı ilə məğlub olmuşdu.
Bizi Facebook-da izləyin