Azərbaycanın voleybol hakimləri avrokubok oyunlarına təyinat alıblar

Azərbaycan hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıblar.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Konstantin Selin və Eldar Əliyev avrokubok oyunlarında iş başında olacaqlar. Selin kişi voleybolçular arasında Çelenc kubokunun 1/16 final mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Prima Donna Kaas Huizen” (Niderland) oyununda birinci hakim olacaq. Görüş bu gün saat 19:00-da başlayacaq.

Əliyev isə kişi voleybolçular arasında CEV Kubokunun 1/16 final mərhələsində keçiriləcək “AONS Milon” (Yunanıstan) – “CEZ Karlovarsko” (Çexiya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. Bu gün saat 20:00-da Yunanıstanda baş tutacaq qarşılaşmanın birinci hakimi türkiyəli Cevik Ramazandır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button