Azərbaycanlı hakim Fransa klubunun oyununa təyinat alıb

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Beynəlxalq dərəcəli hakim dekabrın 4-də Fransada qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Levallois Paris” (Fransa) və “KS Developre” (Polşa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq.

Matçın baş hakimi funksiyasını portuqaliyalı Rikardo Ferreyra yerinə yetirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button