Mbappe narazıdır: “Kim olduğumuzu göstərməliyik”

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 14-cü turunda “Jirona”ya qarşı keçirilən və 2:2 hesablı heç-heçə ilə bitən oyunu dəyərləndirib. Bu, “kral klubu”nun İspaniya çempionatında ardıcıl üçüncü heç-heçəsidir.

Komanda.az xəbər verir ki, fransalı forvard sosial şəbəkə hesabındakı paylaşımında komandanın nəticəsindən narazılığını bildirib:

“Bu oyunda istəyimiz bu nəticə deyildi. Amma La Liqa davam edir, mövsüm çox uzundur. Dinamikanı dəyişməli və komanda olaraq kim olduğumuzu göstərməliyik”.

“Real” hazırda La Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Barselona”dan 1 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button