Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ilk gününü medalsız başa vurdular

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin ilk gününü mükafatsız başa vurublar.

Komanda.az xəbər verir ki, milli üzvlərindən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), həmçinin Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) fəxri kürsüdən kənarda qalıblar.

Ən yaxşı nəticəyə bürünc medal uğrunda görüşdə Salih Yıldıza (Türkiyə) uduzaraq 5-ci olan Ə.Yusifov imza atıb.

Qeyd edək ki, turnirə noyabrın 30-da yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button