
UNEC-dən növbəti qələbə
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü turun növbəti oyunu keçirilib.
Komanda.az xəbər verir ki, “Murov Az Terminal” UNEC ilə üz-üzə gəlib.
“Murov Az Terminal”ın idman zalında baş tutan matç qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
Turun ötən gün baş tutan matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə qalib gəlib – 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



