
“Mançester Yunayted” “Qarabağ”ın rəqibinin futbolçusunu izləyir
“Ayaks”ın yarımmüdafiəçisi Jorti Mokio “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb.
17 yaşlı futbolçu Amsterdam klubundakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaşayır. Niderland təmsilçisi onunla yeni müqavilə imzalamaq istəyir, ancaq o, klubun hazırkı layihəsindən razı deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, vəziyyəti ən yaxından izləyən komandalardan biri “Mançester Yunayted”dir. Onunla həmçinin, “Nyukasl” və Frankfurt “Ayntraxt”ı da maraqlanır.
Belçikalı futbolçu 17 yaşında olmasına baxmayaraq, “Ayaks”ın əsas komandasında artıq 29 oyuna çıxıb və 2 qol vurub. Onun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



