
“Kəpəz”də yeni futbolçu
Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən “Kəpəz” daha bir futbolçu transferini açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
“Sarı-göylər” Donqo Kresus Donaldı heyətinə cəlb edib. Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Oyunçu son olaraq Belarusun BATE klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



