Superkompüterdən La Liqa çempionluğu ilə bağlı proqnoz

“Barselona” İspaniya La Liqasının yeni mövsümündə çempionluğun əsas favoriti sayılır.

Komanda.az xəbər verir ki, bu barədə “Opta” analitik şirkətinin superkompüter proqnozlarına əsaslanan məlumatda qeyd olunur.

Hesabatda Kataloniya klubunun çempionluq ehtimalı 46,5 faiz olaraq göstərilib.

Ən yaxın izləyici “Real” üçün bu göstərici 32,1 faiz, üçüncü pillədəki “Atletiko” üçün isə 11,7 faiz təşkil edir.

İlk beşliyi “Vilyarreal” (3,7 faiz) və “Atletik” (2,9 faiz) tamamlayır. Digər bütün klubların çempionluq şansları 1 faizdən aşağı qiymətləndirilib.

La Liqanın 2025/26 mövsümü avqustun 15-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button