
“Qarabağ”ın oyununa 25000 bilet satılıb
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” (Şimali Makedoniya) oyununa satılan bilet sayı açıqlanıb.
Ağdam klubundan Komanda.az-a verilən nəlumata görə, oyuna 25000 bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.
“Qarabağ” – “Şkendiya” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə keçirilən ilk oyunda “köhlən atlar” qələbə qazanıb – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin