UEFA-dan “Qarabağ”ın rəqibinə xəbərdarlıq

UEFA “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubuna xəbərdarlıq edib.

Komanda.az xəbər verir ki, buna komandanın evdə Rumıniya təmsilçisi FCSB-yə qalib gəldiyi (1:0) 2-ci təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub. Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə, “Şkendiya” cərimələnəcək.

“Qarabağ” 3-cü təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button