Alonso “Real”ın oyun sistemində ciddi dəyişikliklər edəcək

“Real”ın yeni baş məşqçisi Xabi Alonso komandada ciddi dəyişikliklərə start verib.

Son mövsüm “kral klubu” üçün uğursuz alınıb. Belə ki, La Liqada 2-ci yer, İspaniya kuboku və superkubok finallarında “Barselona”ya məğlubiyyət, üstəlik UEFA Çempionlar Liqasına 1/4 finalda erkən vida.

Mayın sonunda Karlo Ançelotti baş məşqçi postunu tərk edib, onun yerinə isə Xabi Alonso təyin olunub.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Alonso yeni mövsümdə iki hücumçu ilə oynamaq niyyətindədir. Belə olan halda, əsas hücum xəttini Kilian Mbappe və Vinisius Junior təşkil edəcək.

İspaniyalı çalışdırıcının məqsədi komandadakı aparıcı hücumçuları bir araya gətirib, oyun balansını pozmadan səmərəli sistem qurmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button