Sabiq futbolçusu yenidən “Kəpəz”də

“Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

Komanda.az xəbər verir ki, Fərid Nəbiyev yenidən bu komandada çıxış edəcək.

26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Fərid Nəbiyev ilk dəfə 2022/2023-cü illər mövsümündə “Kəpəz”in şərəfini qoruyub. Futbolçu 30 çempionat oyununda 4 qol vurub və 7 assist edib.

Nəbiyevin son klubu “Səbail” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button