
“Leao ilə oynayacağım üçün çox şadam” – Yeni transfer
“Milan”ın yeni transferi Pervis Estupinian komanda yoldaşı, portuqaliyalı vinger Rafael Leaoyla birgə oynayacağı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, ekvadorlu müdafiəçi yeni komanda yoldaşının istedadına heyran olduğunu vurğulayıb:
“Leao kimi yüksək səviyyəli oyunçu ilə oynayacağım üçün çox şadam. Mən onu həmişə çox izləmişəm. Ondan öyrənəcəm və bacardığım qədər ona kömək etməyə çalışacam ki, sol cinahı gücləndirə bilək”.
Estupinian “Brayton”dan 17+2 milyon avroya “Milan”a keçib. O, son mövsümdə 36 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



