Yeni transfer Fliki heyran edib

Komandaya yeni qoşulan “Barselona”nın vingeri Runi Bardqi baş məşqçi Hans-Diter Fliki heyran etməyi bacarıb.

Kataloniya klubu 19 yaşlı futbolçunu iyulun ortalarında 2,5 milyon avroya “Kopenhagen”dən transfer edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, isveçli futbolçu Fliki mövsümöncəsi ilk məşqində heyran edib.

Görünən odur ki, gənc oyunçunun təcrübə toplamaq üçün müvəqqəti olaraq ehtiyat komandaya göndərilmədən özünü dərhal “Barselona”nın əsas heyətində yerləşdirmək şansı var. O, Kataloniyaya köçməzdən əvvəl “Kopenhagen”də 84 matçda iştirak edib, 15 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button