“Barselona” De Yonqla danışıqları dayandırmağa məcbur olub

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun komandada qalacağına dair ümidlər artır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçunun Kataloniya klubu ilə yeni müqavilə imzalayacağı gözlənilir.

Müqavilə danışıqları müvəqqəti olaraq dayandırılıb. Səbəb isə De Yonqun agenti Ali Dursunla əməkdaşlığa son verməsidir. Buna görə də, hazırda “Barselona” tərəfi danışıqları davam etdirmək üçün uyğun nümayəndə tapmayıb. Buna baxmayaraq, klub daxilində vəziyyət sakitdir və müqavilənin yaxın zamanda yenilənəcəyinə əminlik ifadə olunur.

28 yaşlı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Onun daha əvvəl klubla yollarını davam etdirmək istədiyi barədə xəbərlər yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button