“Milan” ekvadorlu müdafiəçi üçün hərəkətə keçib

“Brayton”un müdafiəçisi Pervis Estupinan karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” hazırda ekvadorlu futbolçunun transferi ilə bağlı danışıqlar aparır.

“Qırmızı-qaralar” 27 yaşlı futbolçu üçün 12 milyon avro təklif edib. Ancaq Premyer Liqa təmsilçisi bu məbləğdən narazıdır və daha yüksək təzminat tələb edir. Estupinan özü də “Milan”a keçidə müsbət yanaşır.

O, son mövsümdə İngiltərə Premyer Liqasında 30 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button