
Azərbaycan millisinin sabiq futbolçusuna AFFA-da vəzifə verildi
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış veteran futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Musayev 1997-2006-cı illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



