“Real” argentinalı futbolçu üçün 100 milyon avro ödəmək istəmir

Argentina millisinin və “Liverpul”un yarımmüdafiəçisi Aleksis Makallister “Real”ın maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “MadridXtra” məlumat yayıb.

“Kral klubu” yarımmüdafiə xəttini gücləndirmək məqsədilə argentinalı futbolçunu transfer etmək istəyir. Ancaq “Liverpul”un tələb etdiyi 100 milyon avro “Real” üçün qənaətbəxş deyil. Madrid təmsilçisi bu qədər vəsaiti ödəməyə hazır olmadığını bildirib.

26 yaşlı futbolçu son İngiltərə Premyer Liqası mövsümündə 35 oyuna çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button