Rodriqo Premyer Liqa klubuna keçmək istəyir

“Real”ın vingeri Rodriqo bu yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun “kral klubu”nu tərk etmək niyyəti olmasa da, rəhbərlik onun satışında israrlı olsa, yeni çağırışlara açıq olduğunu bildirib.

Rodriqo üçün yeni klubunu özü seçmək mühüm şərtdir. O, ən çox “Arsenal”a keçmək istəyir.

Braziliyalı oyunçunun xidmətində Premyer Liqanın digər klubu – “Mançester Siti” ilə yanaşı, Səudiyyə Ərəbistanının “Əl-Nəsr”i və PSJ maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button