
Sabiq futbolçu “Real”ın rəqiblərinə xəbərdarlıq etdi
“Real”ın keçmiş yarımmüdafiəçisi Qaret Beyl Madrid klubunun bütün rəqiblərinə xəbərdarlıq edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uelsli sabiq futbolçu sözlərini “Barselona”ya və başqa klublara ünvanlayıb. O, Xabi Alonsonun baş məşqçi postuna gəlişindən sonra “Real” üçün yeni dövrün başladığını söyləyib.
Madrid klubu ABŞ-da keçirilən Klublararası dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşıb və matç 4:0 hesabı ilə parislilərin qələbəsi ilə yekunlaşıb.
“Real” son mövsümdə La Liqanı ikinci yerdə başa vurub və Çempionlar Liqasının yalnız 1/4 finalına yüksələ bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



