
“İnter” onu satmaq fikrindən daşınıb
“İnter” müdafiəçisi Yann-Aurel Bisseki bu yay satmamaq qərarına gəlib.
24 yaşlı futbolçu yay transfer pəncərəsində satışa çıxarıla biləcək oyunçular arasında göstərilsə də, klub rəhbərliyi planlarını dəyişib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, milanlılar yalnız çox sərfəli və yüksək məbləğli təklif olacağı təqdirdə, almaniyalı futbolçunu satmağa razı ola bilər.
Bissek 2024/25 mövsümündə “İnter”in heyətində 46 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



