
“Real”ın prezidentinin futbolçulardan xahişi
“Real” Klublararası dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində Dortmund “Borussiya”sı ilə qarşılaşacağı oyuna hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun futbolçuları görüşə ciddi şəkildə hazırlaşır. Klubun prezidenti Florentino Peres oyunçulardan Klublararası dünya çempionatında Çempionlar Liqasında oynadıqları kimi çıxış etməyi xahiş edib.
“Real” – “Borussiya” matçı iyulun 5-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin