Uilyams məzuniyyətini qısaltdı – “Barselona”ya görə

İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams “Barselona”ya transferini sürətləndirmək üçün məzuniyyətini qısaltmaq qərarına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Müqavilənin başa çatması iyulun 4-nə planlaşdırılıb. Uilyamsın Kataloniya klubu ilə sözləşməsi 6 il müddətinə hesablanacaq. 22 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 70 milyon avro qiymətləndirilir.

İspaniyalı oyunçunun “Atletik”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq. O, La Liqanın son mövsümündə 29 oyunda iştirak edib, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button