
“Barselona” Uilyamsın transferi üçün zəmanət verməlidir
“Barselona” “Atletik“in və İspaniya millisinin cinah oyunçusu Niko Uilyamsla müqavilənin imzalanmasını başa çatdırmaq üçün danışıqlarda fəal şəkildə irəliləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sövdələşmədə bu transferi poza biləcək problem maliyyə feyr-pleyidir. Transferin mümkün olması üçün futbolçunun özü və klub oyunçunun bütün turnirlərdə tam qeydiyyata alınmasına zəmanət verməlidir. “Barselona” yenidən Pau Viktor və Dani Olmoda olduğu kimi qeydiyyat problemi yaşayarsa, Uilyamsın transferi baş tutmayacaq.
Daha əvvəl Kataloniya klubunun futbolçu ilə 12 milyon avro maaşla 2031-ci ilə qədər olan müqavilə bağlayacağı bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin